19 Yanvar 2024 / 04:19

ABŞ ERMƏNİSTANA AZƏRBAYCANLA SÜLH SAZİŞİNİ TEZLİKLƏ BAĞLAMAĞA ÇAĞIRDI

Artıq ABŞ da Ermənistanın nazı ilə oynamaq fikrində olmadığını bəyan etməkdədir…

Elə “Biz Ermənistan və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”, – deyən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib ki, son bir ildə İrəvan və Bakı ciddi irəliləyişlər əldə edib. O, tərəfləri bu sürəti saxlamağa və sülh müqaviləsi bağlamağa çağırıb: ” Ümid edirik ki, Ermənistan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar”.

Tezadlar.az CNN- ə istinadla xatırladır ki, Ermənistana bu cür çağırışlar artıq neçənci dəfədir, lakin Makronun dirijor çubuğu Paşinyanı cızıqdan çıxmağa imkan vermir…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!