21 Yanvar 2026 / 13:00

ABŞ-ın heç kimin bilmədiyi silahları var – Tramp

Amerika lideri bu silahların nə olduğunu dəqiqləşdirməyib

ABŞ-ın heç kimin bilmədiyi gizli silahları var.

Tezadlar.az xəbər verir ki, bunu prezident Donald Tramp NewsNation-a açıqlamasında bildirib.

“Bizim heç kimin bilmədiyi silahlarımız var. Yəqin ki, bu silahlar haqqında heç kimə deməmək yaxşı olardı, amma bizim bəzi heyrətamiz silahlarımız var”, – deyə o bildirib.

Əvvəllər “NewsNation” jurnalisti qeyd etmişdi ki, Venesuelada prezident Nikolas Maduronu qaçırmaq üçün keçirilən hərbi əməliyyat zamanı Amerika qoşunları bir növ səs silahından istifadə ediblər.

ABŞ lideri jurnalistin açıqlamasını təkzib etməyib. Tramp gizli silahın dəqiq xüsusiyyətlərini açıqlamayıb.

Tramp Qrenlandiya üzərində nəzarəti ələ keçirmək planları ilə bağlı sualı cavablandırmaqdan yayınıb. Amerika lideri Arktika adasını əldə etməyin onun üçün prioritet olaraq qaldığını qeyd edib. Lakin prezident məqsədinə çatmaq üçün nə qədər irəli getməyə hazır olduğunu deməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!