30 İyul 2025 / 20:30

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının nəticələri açıqlanıb

Amerikalı iqtisadçı və Kolumbiya Universitetinin professoru Ceffri Saks hesab edir ki, ABŞ-ın Rusiyaya qarşı yeni idxal rüsumları tətbiq etməsi yalnız xarici siyasətin daha da kəskinləşməsinə səbəb olacaq. O əlavə edib ki, sanksiyalar Rusiyanın enerji ticarətinə zərər verməyəcək.

Tezadlar.az xəbər verir ki, bubarədı “RİA Novosti” yazır.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl xəbərdarlıq etmişdi ki, Moskva atəşkəs sazişi imzalamasa, Rusiya və onun tərəfdaşlarına qarşı sərt sanksiyalar tətbiq edəcək.

“Əgər sanksiyalar faktiki tətbiq olunarsa, bu, münaqişənin eskalasiyası və deməli, son dərəcə təhlükəli addım olacaq. Mən onların effektiv olacağını düşünmürəm – məsələn, Rusiyanın Asiya bazarlarına neft, qaz və digər xammal satmasını dayandıracağını düşünmürəm”, – Saks qeyd edib.

Onun fikrincə, Rusiyaya qarşı yeni sanksiyalar Amerikanın xarici siyasətinə mənfi təsir göstərə bilər – onların tətbiqi Vaşinqtonun səriştəsizliyini nümayiş etdirəcək və bir sıra blokların dağılmasını sürətləndirəcək.

Analitik qeyd edib ki, Tramp ancaq təhdid edə bilər, o, dialoq aparmağa qadir deyil. Eyni zamanda, o əlavə edib ki, Ukrayna münaqişəsi səmərəsiz ultimatumlarla deyil, danışıqlar yolu ilə həll edilməlidir.

Bundan əvvəl Saks ABŞ-ın BRİKS-in beynəlxalq arenada artan təsirindən narahat olduğunu bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!