Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 Yanvar 2026 / 20:55

ABŞ-ın saxladığı Rusiya tankerinin göyərtəsində ukraynalılar var!

ABŞ Sahil Mühafizəsi tərəfindən saxlanılan Rusiya “Bella 1” gəmisinin heyət üzvləri arasında Ukrayna vətəndaşları da var. Tezadlar.az “European Pravda”ya istinadla bildirir ki, Ukraynanın ABŞ- dakı səfirliyi “səlahiyyətli Amerika orqanları ilə daim əlaqədə olduğunu” bildirib. Səfirlik, həmçinin ABŞ Dövlət Departamentini ukraynalılara konsulluq girişinin təmin edilməsinin zəruriliyi barədə məlumatlandırıb. Diplomatik missiya qeyd edib ki, bütün hallar müəyyən edildikdən sonra əlavə addımlar müəyyən ediləcək. Səfirlik əlavə edib ki, “Səfirlik vəziyyəti izləyir və Ukrayna vətəndaşları ilə əlaqə yaratmaq üçün bütün zəruri tədbirləri görür”.
Qeyd etmək lazımdır ki, Rusiya kanalı RenTV-nin göyərtədə 20 ukraynalı, altı Gürcüstan vətəndaşı və iki rusiyalı olduğunu bildirib. Lakin səfirlik onların rəqəmlərinin bildirilən rəqəmlərlə uyğun gəlib-gəlmədiyini dəqiqləşdirməkdən imtina edib.

Araşdırma aparılır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!