Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Azərbaycan və Ermənistana səfər edəcək. Tezadlar.az verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib. Tramp sosial platformasında yazıb ki, ötən ilin avqustunda imzalanmış sülh sazişinin şərtlərinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edir: “Bu, dəhşətli müharibə idi və mənim sona çatdırdığım səkkiz müharibədən biri oldu. Hazırda isə bölgədə rifah və sülh hökm sürür”, – deyə Tramp bildirib.ABŞ prezidentinin sözlərinə görə, vitse-prezident Cey Di Vens fevral ayında Azərbaycan və Ermənistana səfər edəcək. Səfərin məqsədi sülh təşəbbüslərini dəstəkləmək və “Trampın beynəlxalq sülh və rifah marşrutu” (TRIPP) adlandırılan təşəbbüsün inkişafına töhfə verməkdir. Tramp qeyd edib ki, səfər çərçivəsində ABŞ Azərbaycanla strateji tərəfdaşlığı gücləndirməyi, Ermənistanla dinc nüvə əməkdaşlığı üzrə saziş imzalamağı, yarımkeçirici istehsalı sahəsində razılaşmalar əldə etməyi, həmçinin Azərbaycan üçün ABŞ istehsalı olan müdafiə avadanlıqlarının satışı ilə bağlı razılaşma bağlamağı planlaşdırır.