25 Avqust 2025 / 23:59

ABŞ İranın nüvə proqramını dayandırmaqda uğur qazandığını bildirdi

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranın nüvə proqramının inkişafının qarşısını aldığını söyləyib.

“Tezadlar” xəbər verir ki, o, bu barədə Oval kabinetdə jurnalistlərə açıqlamasında bildirib.

“İranla etdiyimiz iş onların nüvə proqramının inkişafının qarşısını almaqdır. Əks halda, onların bir-iki aya istifadə etmək üçün böyük nüvə silahı olacaqdı”, – o deyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!