Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Yanvar 2026 / 12:41

ABŞ kəşfiyyatı Venesuela lideri ilə əməkdaşlığa şübhə ilə yanaşır

Vaşinqton Venesuela da daxil olmaqla, Qərb yarımkürəsindəki rəqiblərinin təsirini məhdudlaşdırmaq istəyir

ABŞ kəşfiyyatı Karakasın müttəfiqləri ilə əlaqələrini kəsmək istəməməsi səbəbindən müvəqqəti Venesuela prezidenti Delsi Rodrigez ilə əməkdaşlıq barədə narahatlıqlarını ifadə edib.

Tezadlar.az “Reuters”ə istinadən xəbər verir.

“ABŞ kəşfiyyat hesabatları müvəqqəti Venesuela prezidenti Delsi Rodrigezin ABŞ prezidenti Donald Trampın administrasiyası ilə əməkdaşlıq edib-etməyəcəyinə şübhə yaradıb”, – agentlik dörd mənbəyə istinadən yazır.

Əvvəllər ABŞ rəsmiləri açıq şəkildə müvəqqəti prezidentin İran, Çin və Rusiya kimi yaxın beynəlxalq müttəfiqləri ilə əlaqələrini kəsməsini, o cümlədən diplomatlarını və məsləhətçilərini Venesueladan çıxarmasını istədiklərini bildirmişdilər.

Lakin Rodrigez hələlik belə bir addımı açıq şəkildə açıqlamayıb. ABŞ kəşfiyyat hesabatlarında onun ölkəsində ABŞ strategiyasını tam dəstəkləyib-dəstəkləmədiyi bəlli deyil.

“Vaşinqton Qərb yarımkürəsindəki, o cümlədən Trampın OPEC ölkəsinin geniş neft ehtiyatlarını istismar etməyə çalışdığı Venesuelada rəqiblərinin təsirini məhdudlaşdırmaq istəyir”, – məlumatda deyilir.

Daha əvvəl, 27 yanvarda CNN Tramp administrasiyasının Venesuelada ABŞ-ın daimi varlığını yaratmaq üçün Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqə saxladığını öyrənmişdi.

“The Guardian” qəzeti 23 yanvarda ABŞ-ın Rodrigezi Vaşinqtonla əməkdaşlıq etməkdən imtina etdiyinə görə zorakılıqla hədələdiyini yazmışdı. Bu, siyasətçinin özünün bu açıqlamanı verdiyi Venesuela hökumətinin iclasının videoyazısının sızmasından sonra ortaya çıxdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!