30 Oktyabr 2025 / 08:43

ABŞ Konqresi Rusiya ilə münasibətlərin pisləşməsinə görə məsul şəxsi müəyyən edib

ABŞ-ın Rusiya ilə münasibətlərinin pozulması Barak Obamanın prezidentliyi dövründə başlayıb.

Tezadlar.az bildirir ki, ABŞ konqresmeni Anna Paulina Luna “RİA Novosti”-yə verdiyi müsahibədə Moskva ilə dialoqun pisləşməsinə görə məsul şəxsin adını çəkib.

“Qeyd etmək lazımdır ki, Kennedidən Buşa və Klintona qədər prezidentlər Rusiya ilə konstruktiv münasibətlər saxlayıblar. Yalnız Obama administrasiyası dövründə bu münasibətlər xarici siyasətdə uğursuzluğa çevrilib”, – deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlərin yaxşılaşdırılması və Ukraynadakı münaqişənin sülh yolu ilə həlli heç bir şəkildə “Amerika Birinci” hərəkatının mövqeyinə zidd deyil.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Obamanın Nobel Sülh Mükafatını “boş yerə” aldığını bildirmişdi. O, həmçinin Obamanın pis prezident olduğunu, lakin respublikaçıya görə Co Baydenin ən pis prezident olduğunu qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!