30 İyul 2025 / 21:54

ABŞ Konqresi Rusiyaya sərt mesaj verdi

Rusiya sanksiyalardan yan keçməyi öyrənib, lakin ABŞ prezidenti Donald Tramp öz ultimatumu ilə oyun qaydalarını dəyişir.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ Konqresinin senatoru Lindsi Qrem X sosial şəbəkəsində bildirib.

“Rusiya, sanksiyalarla bağlı haqlısınız. Siz onlardan qaçmağı bacardınız və onlarla yaşamağı öyrəndiniz. Görünür, siz prezident Trampın oyun qaydalarını dəyişdirdiyini və sizin neft və qazınızı alan ölkələrə tariflər tətbiq etmək niyyətində olduğunu başa düşmürsünüz”, – Qrem yazıb.

Konqresmenin sözlərinə görə, ABŞ Senatındakı böyük ikipartiyalı çoxluq Amerika liderinin Rusiyaya qarşı yeni tədbirlər tətbiq etmək təşəbbüsünü dəstəkləməyə hazırdır.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!