Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bunu açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib. Politoloq qeyd edib ki, son vaxtlar ABŞ-nin apardığı təxribat xarakterli siyasətin məqsədi Rusiya ilə NATO bloku arasında bir savaş yaratmaqdır, eyni zamanda bu cür gərginliyin yaranması bəşəriyyət üçün də təhlükədir. “Çünki NATO bloku ilə Rusiya arasında savaş başlayarsa, bu zaman nüvə silahı işə düşə bilər və bəşəriyyət üçün daha təhlükədir. ABŞ Rusiyaya qarşı apardığı bu cür gərgin siyasət dayandırılmalıdır. Bu qarşı durmanın nəticəsi bəşəriyyət üçün böyük fəlakətlərə gətirib çıxara bilər. Qeyd etmək lazımdır ki, Finlandiya ilə ABŞ arasında hərbi əməkdaşlıq barədə razılaşmalar birbaşa Rusiya əleyhinə hesablanıb. İki dövlət arasında əməkdaşlıq üçüncünün əleyhinə olmamalıdır. Bu beynəlxalq qaydalara ziddir. Təəssüf ki, bu gün ABŞ Finlandiya ilə apardığı hərbi-siyasi əməkdaşlıq Rusiyanın əlehinə düşünülüb. Əlbəttə Rusiya da bunu cavabsız qoymayacaq. Hesab edirəm, ABŞ Rusiyanın sərhədlərində gərginlik yaratmaqla Rusiyanı birbaşa təhdid edir”.