Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Yanvar 2026 / 08:22

ABŞ rəsmiləri İrana qarşı hərbi əməliyyatlar barədə son qərarını sabah verəcək

İranda etirazlar yeni mərhələyə daxil olub. Tezadkar.az BBC- yə istinadla bildirir ki, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı administrasiyanın yüksək vəzifəli rəsmiləri ilə İrana qarşı əlavə tədbirləri müzakirə etmək üçün görüşəcək. Sitat: “Prezidentin yüksək vəzifəli administrasiya rəsmiləri ilə planlaşdırılan görüşü növbəti addımlara yönələcək. Dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin çərşənbə axşamı keçiriləcək görüşdə iştirakı gözlənilir”.

Məlumatda İrana qarşı əlavə tədbirlərdə İranın hərbi və mülki hədəflərinə qarşı gizli kibersilahların yerləşdirilməsi, Tehrana qarşı əlavə sanksiyaların tətbiqi və hərbi zərbələrin olduğu güman edilir.

İranda isə etirazlar davam etməkdədir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!