19 Sentyabr 2025 / 10:15

ABŞ Rusiya ilə diplomatik missiya əməliyyatları üzrə danışıqları koordinasiya etməyə ümid edir

Vaşinqton Moskva ilə diplomatik missiya əməliyyatları ilə bağlı gələcək danışıqları hər iki tərəf üçün əlverişli vaxtda koordinasiya etməyə ümid edir.

Tezadlar.az bildirir ki, bu barədə “İzvestiya”ya ABŞ səfirliyi məlumat verib.

“ABŞ ikitərəfli əlaqələr kanalına diplomatik nümayəndəliklərimizin fəaliyyətinin sabitləşdirilməsi üzrə davam edən müzakirələr üçün konstruktiv platforma kimi baxır. Bizim rusiyalı həmkarlarımızla danışıqlarımız münasibətlərimizin daha geniş şəkildə normallaşdırılması və ya yaxşılaşdırılmasına deyil, Moskva və Vaşinqtondakı səfirliklərimizin fəaliyyətinin bərpasına yönəlib. Biz bu danışıqların gələcəkdə hər iki tərəf üçün əlverişli vaxtda davam etdiriləcəyini gözləyirik”, – diplomatik nümayəndəlik qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!