1 Sentyabr 2023 / 14:25

“ABŞ ƏSAS MÜTTƏFİQİNİ MƏHV EDİR”

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynadakı münaqişəni uzatmaqla dünyada liderliyini itirir və yeganə müttəfiqini – Qərbi Avropanı məhv edir.

Bunu amerikalı jurnalist Taker Karlson radioaparıcı Adam Korolla müsahibəsində deyib.

“Bizim yalnız bir həqiqi müttəfiqimiz var, o da Qərbi Avropadır və o, münaqişə nəticəsində məhv edilir”, – o deyib.

Teleaparıcının sözlərinə görə, “Şimal axını”nda baş verən partlayışlardan sonra Almaniya iqtisadiyyatı çöküb. O qeyd edib ki, Baydenin hərəkətləri dünya üzərində nəzarəti itirməsinə gətirib çıxarıb. Karlson əlavə edib ki, ölkə hazırda növbəti Böyük Depressiyaya doğru gedir.

Daha əvvəl Taker Karlson ABŞ-ın Rusiyaya nifrətinin səbəbini açıqlamışdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!