Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya ABŞ prezidenti Donald Trampın qərarı ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvindən sonra onun yerini doldura bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə Tomas Kent “The National Interest” (NI) üçün yazdığı məqalədə yazıb.
“Belə bir anlayış var ki, Amerikanın beynəlxalq nüfuzu getdikcə azaldığından, Kremlin özünün nüfuzunu gücləndirmək imkanı var”, – nəşr yazır.
Ekspertin fikrincə, Rusiya Afrika və Qlobal Cənub ölkələrinə yardımı artırsa, bundan faydalana biləcək. Kent xatırladıb ki, Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (Rossotrudniçestvo) Afrikada, o cümlədən Anqola, Mali və Əlcəzairdə fəaliyyətini genişləndirir.
Qeyd edək ki, iyulun 1-də ABŞ-ın dövlət katibi Marko Rubio USAID-in fəaliyyətini dayandırdığını elan edib. O, agentliyin bağlanmasını “rəsmi olaraq təsdiqlənmiş hökumət səmərəsizliyi dövrünün” sonu adlandırıb.
E.ŞİRİNOV