Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Mart 2026 / 12:55

ABŞ Trampın İranla münaqişəyə nə vaxt son qoymağa ümid etdiyini açıqladı

ABŞ prezidenti Donald Tramp yaxın ətrafına İran İslam Respublikası ilə uzunmüddətli münaqişədən qaçmaq istədiyini və qarşıdakı həftələrdə onu həll etməyə ümid etdiyini bildirib. Ağ Ev ümid edir ki, bu, Amerika liderinin Pekinə səfərindən əvvəl baş verəcək.

Tezadlar.az bildirir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən xəbər verir.

Məsələ ilə tanış olan mənbələrin məlumatına görə, müharibənin başlamasından təxminən bir ay sonra Tramp müşavirlərinə gizli şəkildə İslam Respublikası ilə münaqişənin son mərhələdə olduğuna inandığını bildirib.

Mənbələrə görə, ABŞ prezidenti müşavirlərini açıq şəkildə müəyyən etdiyi 4-6 həftəlik müddətə riayət etməyə çağırıb.

Nəşrin mənbələri detalları paylaşaraq bildirib ki, Ağ Ev rəsmiləri Tramp və Çin prezidenti Si Cinpin arasında mayın ortalarında Pekində görüş təyin ediblər və sammitdən əvvəl İranla münaqişəni həll etmək ümidi ilə.

Daha əvvəl Ağ Evin mətbuat katibi Kerolin Levitt ABŞ prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə danışıqlar aparmaq üçün 14-15 mayda Pekinə səfər edəcəyini açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!