Əsas məzmuna keç

Kiçik Ronaldu “Real”da

Kriştiano Ronaldonun oğlu kiçik Ronaldo “Real Madrid”in düşərgəsindədir.

Tezadlar.az “The Athletic”ə istinadən xəbər verir ki, o, İspaniya nəhənginin U-16 komandası ilə məşq edir.

Portuqaliyanın U-15 millisinə dəvət alan oğul Ronaldonun “Əl-Nəsr”dən ayrılaraq “Real”a keçməyə yaxın olduğu bildirilib.

Kriştiano 2009-2018-ci illər aralığında Madrid təmsilçisinin formasını geyinib. Paytaxt komandasının heyətində 438 matça çıxan 41 yaşlı superulduz 450 qol və 131 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…