5 Avqust 2025 / 10:08

ABŞ Trampın nüvə sualtı qayıqları ilə təhdidlərini faydasız hesab edir

ABŞ prezidenti Donald Trampın Rusiyanı iki nüvə sualtı qayığı göndərməklə hədələməsi riskli və faydasızdır.

Tezadlar.az xəbər verir ki, bu fikri Xarici Əlaqələr Şurasının nüvə təhlükəsizliyi üzrə baş elmi işçisi Erin Dumbaher deyib. Onun sözlərini “The Hill” sitat gətirib.

“Rusların onilliklər ərzində onlar üçün vacib olanı hədəfə ala biləcək nüvə sualtı qayıqlarımız olduğunu yaxşı bildiklərini nəzərə alsaq, mən bu sözlərdə çox üstünlük və ya fayda görmürəm”, – deyə ekspert bildirib.

Dumbaherin sözlərinə görə, Trampın bu cür bəyanatları “faydadan çox risk” daşıyır. Bundan əlavə, o, Amerika liderinin bu yolla Rusiyaya təsir edə biləcəyinə şübhə etdiyini bildirib.

Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın nüvə sualtı qayıqlarının amerikalı siyasətçilərin açıqlaması olmadan belə döyüş növbətçiliyində olduğunu bildirib. O qeyd edib ki, nüvə müharibəsində qalib ola bilməz və bu, Kreml üçün əsas postulatdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!