Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya prezidenti Vladimir Putini Ukraynada “atəşkəslə razılaşmağa” inandırmaq üçün Moskvaya gələcək.
Tezadlar.az xəbər verir ki, bu barədə Amerikanın “The Hill” qəzeti məlumat yayıb.
“Stiv Uitkoffun… Putini atəşkəslə razılaşmağa inandırmaq üçün bu həftə Moskvaya gələcəyi gözlənilir. Əgər bu, uğursuz olarsa, Ukrayna tərəfdarları Trampın Rusiya neftini idxal edən ölkələrə “ikinci dərəcəli rüsumlar” tətbiq edəcəyinə ümid edirlər”, – qəzet yazır.
Avqustun 4-də ABŞ prezidenti Donald Tramp Uitkoffun Rusiyaya səfərinin bu həftənin ortalarına planlaşdırıldığını açıqlayıb: bu, çərşənbə və ya cümə axşamı baş tuta bilər.
Uitkoff Rusiyaya əvvəlki səfərləri zamanı rus diplomatları və şəxsən Putinlə görüşüb. Bu, Ukraynada sülh prosesində müəyyən hərəkətlərə səbəb olub. Yeni səfər Trampın münaqişənin 10-12 gün ərzində həll olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına ikinci dərəcəli tariflər tətbiq etmək ultimatumu fonunda baş tutacaq.
E.ŞİRİNOV