Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Oktyabr 2025 / 09:55

ABŞ və İsrail Qəzza Zonası Planını nəzərdən keçirir

Ərəb ölkələri bu təşəbbüsdən narahat olduqlarını bildiriblər

ABŞ və İsrail Qəzzanın biri İsrailin, digəri isə HƏMAS-ın nəzarətində olan iki hissəyə bölünməsi təklifini araşdırır.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D.Vens və Trampın kürəkəni Cared Kuşnerə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Bu plana əsasən, infrastruktur və ərazinin yenidən qurulması yalnız İsrailin nəzarətində olan ərazilərdə, müvəqqəti olaraq, tam tərksilah və HƏMAS-ın yığışdırılmasına qədər aparılacaq. Hazırda Qəzza zolağının təxminən 53%-i İsrailin nəzarətindədir.

Ərəb nümayəndələri sülh danışıqları zamanı elan edilən ABŞ-İsrail təşəbbüsündən narahatlıqlarını ifadə edərək, bu layihənin İsrailin bölgənin bir hissəsi üzərində daimi nəzarətinə səbəb olacağına və fələstinlilərin vəziyyətinə mənfi təsir edəcəyinə əmindirlər.

Xatırladaq ki, HƏMAS və İsrail ABŞ prezidenti Donald Trampın təklif etdiyi sülh planı çərçivəsində razılığa gəliblər. Bu plana girovların azad edilməsi, İsrail qoşunlarının mərhələli şəkildə bölgədən çıxarılması, humanitar yardım və beynəlxalq monitorinq qurumunun yaradılması daxildir. Bununla belə, HƏMAS Qəzza zolağının idarə olunmasına “xarici müdaxiləni” qəbul etmək istəmədiyini bəyan edib.

İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, Fələstinin HƏMAS hərəkatı tərksilah şərtlərini yerinə yetirənə qədər İsrail ordusu Qəzza zolağında qalacaq. O, həmçinin Qəzzanın demilitarizasiyasının vacibliyini vurğulayıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!