18 Sentyabr 2025 / 22:38

ABŞ və NATO Ukraynaya dörd PURL yardım paketi göndərib

ABŞ və NATO-nun təşəbbüsü olan Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (Prioritized Ukraine Requirements List – PURL) proqramı çərçivəsində artıq dörd hərbi yardım paketi maliyyələşdirilib.

“Təzadlar” xəbər verir ki, bu barədə “RBK-Ukrayna”ya NATO nümayəndəsi bildirib.

“PURL proqramı çərçivəsində indiyədək dörd paket maliyyələşdirilib. İlk paketlərdən bəzi avadanlıqlar artıq Ukraynaya çatdırılıb, daha çoxu isə yoldadır”, – nümayəndə deyib.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski qeyd etmişdi ki, ölkə ilk PURL hərbi yardım paketləri çərçivəsində “Patriot” və HIMARS sistemləri üçün raketlər alacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!