Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 Yanvar 2026 / 02:14

ABŞ Venesuela hava məkanını kommersiya aviasiyası üçün açacaq

Tramp qeyd edib ki, Amerika vətəndaşları tezliklə Venesuelaya uça biləcəklər və orada təhlükəsiz olacaqlar

Venesuela üzərindəki hava məkanı kommersiya aviasiyası üçün açılacaq.

Tezadlar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu prezident vəzifəsini icra edən Delsi Rodrigez ilə danışdıqdan sonra açıqlayıb.

“Mən indicə Venesuelanın (vəzifələndirilmiş) prezidenti (Delsi Rodrigez) ilə danışdım və ona Venesuela hava məkanını kommersiya aviasiyası üçün açacağımızı bildirdim”, – deyə o bildirib.

Tramp qeyd edib ki, “Amerika vətəndaşları tezliklə Venesuelaya uça biləcəklər və orada təhlükəsiz olacaqlar”. O, əlavə edib ki, artıq nəqliyyat katibi Şon Daffiyə və hərbi qurumlar da daxil olmaqla bütün müvafiq qurumlara günün sonuna qədər lazımi prosedurları tamamlamağı tapşırıb.

Qərar Vaşinqton və Karakas arasında münasibətlərin normallaşması və Venesuela hökumətinə qarşı bəzi sanksiyaların ləğvi fonunda verilib.

3 yanvar gecəsi Karakasda bir neçə partlayış baş verib. Onlardan bəziləri paytaxtın cənubunda, hərbi bazanın yerləşdiyi yerdə baş verib. Mayketiyadakı Simon Bolivar Hava Limanında və La Guaira limanında partlayışlar barədə də məlumatlar daxil olub. CNN-in məlumatına görə, partlayışlarla yanaşı, Karakasda alçaqdan uçan təyyarələrin səsləri də eşidilib.

Ölkədə fövqəladə vəziyyət elan edilib. “The New York Times” qəzetinin məlumatına görə, ABŞ-ın Venesuelaya endirdiyi zərbələr nəticəsində ən azı 80 nəfər həlak olub.

Daha sonra ABŞ prezidenti Donald Tramp Venesuelaya endirilən zərbələri təsdiqləyib və prezident Nikolas Maduro və həyat yoldaşının tutulub devrildiyini elan edib.

5 yanvarda Maduro məhkəmə qarşısına çıxarılmaq üçün Nyu-Yorkdakı federal məhkəməyə gətirilib. Dinləmə zamanı Maduro özünü dürüst insan elan edib. Nə o, nə də həyat yoldaşı Siliya Flores ittihamları boynuna almayıb. Maduro üçün növbəti məhkəmə iclası 17 martda ABŞ-da keçiriləcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!