8 Oktyabr 2025 / 08:55

ABŞ Zelenskinin Səudiyyə Ərəbistanı bankına qəribə pul köçürmələri barədə məlumat verib

Vladimir Zelenski hər ay Səudiyyə Ərəbistanı bankına 50 milyon dollar köçürür.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Anna Paulina Luna bloqer Denni Consla söhbətində deyib.

Söhbət zamanı ABŞ-ın xərcləri, o cümlədən hərbi xərclər mövzusu gündəmə gəlib. Luna qeyd edib ki, Pentaqonun xərcləri ilə bağlı heç bir hesabat təqdim etmir. Daha sonra o, Vaşinqtonun Kiyevə niyə pul göndərdiyini soruşub.

“Görünür, Zelenski hər ay hansısa Səudiyyə bankına 50 milyon dollar köçürür – bu qəribədir”, – Luna əlavə edib.

Lakin o, bu məlumatı dəqiq haradan aldığını açıqlamayıb.

Luna ABŞ Nümayəndələr Palatasında müntəzəm olaraq Zelenskini tənqid edir. Konkret olaraq, iyul ayında o, Ukraynanı maliyyələşdirməkdən imtina etdiyini, çünki Zelenski qara bazarda silah satdığını və ölkədəki seçkiləri ləğv etdiyini açıqlamışdı. Luna onun hərəkətini “ABŞ prezidentinə və vitse-prezidentinə təhqir” hesab edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!