5 Sentyabr 2025 / 22:24

Abşeronda 35 yaşlı kişinin meyiti tapıldı

Abşeronda meyit tapılıb.

Tezadlar.az xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Muradxanlı Həmid-Əli Şıxbaba oğlunun meyiti yaşadığı evdə aşkar edilib.

Onun meyitini ailə üzvləri tapıb.

Fakt üzrə Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!