14 Avqust 2025 / 15:02

Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edildi- SƏRƏNCAM

Xalq artisti Afaq Bəşir qızı Səfərova (Afaq Bəşirqızı) “Şərəf” ordeni ilə təltif edilib. Tezadlar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla o, bu ordenə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə layiq görülüb. Qeyd edək ki, avqustun 15-də A.Bəşirqızının 70 yaşı tamam olur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!