Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş təkbətək deyil, nazirlərin iştirakı ilə “üçə-üç” formatında keçiriləcək.
Tezadlar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat zalında jurnalistlərə ABŞ administrasiyasının mətbuat katibi Karolin Livitt məlumat verib.
“Prezident Tramp və prezident Putin arasında əvvəllər planlaşdırılan “təkbətək” görüş “üçə üç” formatında olacaq. Trampa ABŞ dövlət katibi Marko Rubio və ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff qoşulacaq”, – Livitt bildirib. Geniş tərkibdə keçiriləcək naharda ABŞ-ın maliyyə və ticarət nazirləri Skott Bessent və Hovard Lutnik, müdafiə naziri Pit Heqset və Ağ Evin Baş Qərargah rəisi Syuzan Uayls da iştirak edəcəklər.
E.ŞİRİNOV