Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Ağ Ev hələ də USQ-nin Rusiya ərazisinə zərbələr endirməsini təşviq etmir.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Biz hələ də Rusiya daxilində zərbələri təşviq etmirik və ya kömək etmirik”, – o deyib.
Vaşinqton ilk dəfə deyil ki, belə bəyanat verir. 2023-cü ilin iyulunda USQ raketinin Taqanroqun mərkəzinə düşməsindən sonra Con Kirbi də ABŞ-ın bu cür hərəkətləri təşviq etmədiyini bildirib.
“Biz çox açıq şəkildə bildirdik ki, biz Rusiya daxilində hücumları təşviq etmirik və ya kömək etmirik”, – deyə bildirib.
Xatırladaq ki, avqustun 30-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 regionuna irimiqyaslı pilotsuz təyyarə hücumu həyata keçirib.
E.ŞİRİNOV