2 Sentyabr 2025 / 00:58

“Ağ Ev: Tramp günlərinin 29 faizini qolfda olub”

Donald Tramp prezidentlik müddəti başlayandan bu yana günlərinin demək olar ki, 30%-ni qolf meydançalarında keçirib.

Tezadlar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp prezidentlik məqamında keçirdiyi 225 gündən 66-da (29,3%) qolf meydançalarını ziyarət edib.

“Ümumilikdə, o, işlədiyi 225 gündən 66-da qolf meydançalarına baş çəkib. Bu o deməkdir ki, o, yanvarın 20-sindən günlərin 29,3%-ni öz meydançalarında qolf oynayıb”, – Ağ Evin mətbuat xidməti məlumat verib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!