19 Avqust 2025 / 22:25

Ağ Ev Ukrayna ilə bağlı “yaxşı sövdələşmə” üçün şərti açıqlayıb

Ukraynadakı münaqişə ilə bağlı “yaxşı sövdələşmə” hər iki tərəfdə bir qədər narazılıq deməkdir.

Tezadlar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt YouTube-da yayımlanan brifinq zamanı deyib.

“ABŞ prezidenti Donald Tramp hər iki tərəfin nə istədiyini, hər iki tərəfin nədən imtina etməli olduğunu başa düşür və o, həmişə deyib ki, yaxşı bir razılaşma əldə etmək üçün hər iki tərəf bir az narazı olmalıdır”, – Ağ Evin sözçüsü qeyd edib.

Levittin sözlərinə görə, Amerika lideri Rusiya prezidenti Vladimir Putinlə açıq dialoqa ehtiyac olduğuna əmindir, çünki bu, Moskvanın mövqeyini daha yaxşı anlamağa kömək edir. O vurğulayıb ki, Trampın Putinlə, eləcə də Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə keçmiş görüşləri sayəsində ABŞ “hər iki tərəfdən irəliləyiş” görür.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!