18 İyun 2023 / 15:04

AĞDAMA DİAMETRİ 30-35 MİLLİMETR OLAN DOLU DÜŞÜB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 18-nə olan məlumatına əsasən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboyda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən Tezadlar.az-a verilən məlumata görə, saat 15:13-də Goranboy rayonu Böylü qəsəbəsindən sel keçib. Saat 15:10-da Ağdam rayonu Çəmənli və Sarıcalı kəndlərinin ərazisinə diametri 30-35 millimetr olan dolu düşüb.

Qərb küləyi əsib, Goranboyda sürəti 25, Gəncədə 24, Daşkəsəndə 23, İsmayıllıda 22, Göyçayda 20, Şəmkirdə 18, Göygöldə 16 metrədək güclənib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!