Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağdam rayonu ərazisində dünəndən başlayan güclü yanğın baş verib. Ərazidə mina təhlükəsi olduğundan yanğının söndürülməsi ciddi problem olaraq qalıb. Ağdam RİH- dən “Təzadlar”a bildirilib ki, yanğın rayonun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisindəki nəzarətsiz ərazidə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirlyi Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon bölmələri cəlb olunub. Hazırkı saatlarda yanğınla mübarizə tədbirlərinin davam etdirildiyi və yanğının qarşısının alındığı bildirilir. Yerli sakinlərin məlumatına görə, güclü külək yanğının qonşu Yusifcanlı və Mərzili kəndlərinin ərazilərinə keçdiyini bildirmişdilər.
A.Məmmədli