12 Avqust 2025 / 20:33

Ağdərədə yanğın helikopter dəstəyi ilə söndürüldü

Ağdərə rayonu Ortakənd kəndi ərazisində baş verən yanğın tamamilə söndürülüb.

Tezadlar.az-ın məlumatına görə, kənd ərazisindəki yanğın bu gün günorta saatlarında qeydə alınıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadalarının əməkdaşları cəlb edilib. Yanğının qarşısı tam alınıb.

13:38

Ağdərə rayonunda növbəti dəfə yanğın müşahidə olunur.

Tezadlar.az xəbər verir ki, rayonun Ortakənd kəndi ərazisində baş verən yanğın quru ot və kolluq ərazidə başlayıb.

Havanın küləkli olması səbəbilə alov genişlənərək dağlıq ərazidə yerləşən meşə sahəsinə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Tərtər və Naftalan rayonlarının yanğınsöndürmə briqadaları, həmçinin helikopter cəlb edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!