Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa İttifaqı ölkələri İrana ikili təyinatlı məhsulların, o cümlədən raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün komponentlərin ixracına dair məhdudiyyətləri genişləndiriblər.
Tezadlar.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
“Buraya xüsusi materiallar və müvafiq avadanlıqlar, o cümlədən enerji materialları və qarışıq materiallar, elektronika, kompüterlər, telekommunikasiyalar, sensorlar və lazerlər, mühərrik qurğuları, həmçinin dronların və raketlərin sınağı, işlənməsi və ya istehsalı üçün işlənmiş və ya xüsusi uyğunlaşdırılmış texnologiyalar daxildir”, – sənəddə qeyd olunub.
Bugünkü sanksiyalar siyahısına, həmçinin İranın ballistik raket proqramında aparıcı təşkilat olan “Khojir Missile Development and Production” və ölkənin silahlı qüvvələrinin maddi-texniki təminatı üçün fəaliyyət göstərən idxal-ixrac ticarət şirkəti olan “Sahara Thunder” daxil edilib.
Avropa İttifaqı Şurası, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) əhəmiyyətli komponentlər tədarük edən və ya İranın raket proqramında, xüsusilə ballistik raketlərin istehsalında iştirak edən təşkilatlarla əlaqəsi olan digər özəl şirkətlərə qarşı da sanksiyalar tətbiq edir.
Ümumilikdə, bu günə qədər Aİ-nin sanksiya paketinə 24 fiziki və 26 hüquqi şəxs daxil edilib. Sanksiya rejiminin müddəti sonuncu dəfə 27 iyul 2026-cı ilə qədər uzadılmışdı.