Vatikan dövlətinin başçısı Papa Leo “Mən belə bir Papa istəmirəm” deyən Trampa cavab verdi
ABŞ prezidenti Donald Tramp Vatikan dövlətinin başçısı Papa Leo XIV-i sərt tənqid edib.
Tezadlar.az xəbər verir ki, xristian ənənəsində özünü İsa Məsih kimi təsvir edən şəklini paylaşan Tramp deyib: “İranın nüvə silahına sahib olmasının normal olduğunu düşünən bir Papa istəmirəm… ABŞ prezidentini – mənim böyük səs çoxluğu ilə seçildiyimi tənqid edən bir Papa istəmirəm”.
Buna cavab olaraq Papa Leo XIV Trampdan və onun administrasiyasından qorxmadığını bildirərək əlavə edib: “Mən müharibəyə qarşı ucadan danışmağa davam edəcəyəm”.
E.ŞİRİNOV







