Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2025 / 11:27

Aİ Məhkəməsi Fon der Lyayen-Pfizer yazışması işi ilə bağlı qərar verəcək

Aİ-nin Ədalət Məhkəməsi mayın 14-də AK prezidenti Ursula Fon der Lyayen və Pfizer şirkətinin baş direktoru Albert Bourla arasında COVID-19 peyvəndlərinin satın alınması ilə bağlı mətn mesajları ilə bağlı qərarını elan edəcək.

Tezadlar.az bu barədə “RİA Novosti”-yə istinadən xəbər verir.

Məhkəmə yazışmaların mahiyyətini yox, daha çox bu məlumatları tələb edən, lakin rədd edilən “The New York Times”-ın şikayətini nəzərdən keçirir.

Bundan əvvəl Avropa Ədalət Məhkəməsi Avropa Komissiyasının koronavirus peyvəndlərinin satın alınması zamanı peyvəndlərin alınması üçün müqavilələrə kifayət qədər ictimaiyyətin çıxışını təmin etmədiyi barədə qərar çıxarıb.

Aprelin 1-də “Politico”, Belçika prokurorlarının Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin Amerikanın Pfizer şirkətindən koronavirus peyvəndi alması ilə bağlı araşdırma aparan cinayət işini Aİ prokurorluğuna təhvil verdiyini bildirib.

E.ŞİRİNOV     

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!