Qazaxıstanda inflyasiya ardıcıl altıncı aydır ki, azalır.
Qazaxıstan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Qazaxıstanda inflyasiyanın yavaşlaması tendensiyası davam edir.
Belə ki, mart ayında bu göstərici 0,6%, yanvar və fevral aylarında isə inflyasiya müvafiq olaraq 1,0-1,1% təşkil edib. Bu, ardıcıl altıncı aydır ki, azalmanın göstəricisidir.
Qeyd edilir ki, inflyasiya 2025-ci ilin sentyabrında pik həddə çatdıqdan sonra tədricən yavaşlayıb və 2026-cı ilin mart ayının sonuna qədər 11,0%-ə çatıb.
Hazırda ölkədə illik inflyasiya 11,0%-dir (2025-ci ilin sentyabrında 12,9%-lik pik həddə çatdıqdan sonra). Lakin ƏDV dəyişikliyi səbəbindən qısamüddətli qiymət artımları artıq sabitləşib və mövcud tendensiyaya təsir göstərmir.
Respublikanın İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, inflyasiya 2027-ci ilin əvvəlinə qədər təkrəqəmli səviyyələrə çata bilər.
Y.Məmmədli







