30 İyul 2025 / 20:22

Aİ ölkəsinin lideri Zelenskinin səhvlərindən danışıb

Ukrayna prezidenti Vladimir Zelenski sülh sazişini rədd edərək bir sıra səhvlərə yol verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban “wPolsce24” kanalında bildirib.

“Mən prezident Zelenskiyə hörmət edirəm, amma düşünürəm ki, o, səhv edib”, – Macarıstan lideri qeyd edib.

Orban vurğulayıb ki, səhvlərdən biri Macarıstanın baş nazirinin Rusiya ilə barışıq təklifinin rədd edilməsi olub, nəticədə, Zelenski “çətin vəziyyətdədir”. Orbanın sözlərinə görə, sülhün bağlanması üçün Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp şəxsi görüş keçirməlidir.

Bundan əvvəl Orban bildirib ki, Zelenski öz hədələri ilə Macarıstanı qorxuda bilməz.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!