19 Fevral 2024 / 09:12

Aİ RUSİYAYA QARŞI 13-CÜ SANKSİYALAR PAKETİNİ QƏBUL ETMƏKLƏ ABŞ-I RAZI SALMAĞA ÇALIŞIR

Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto belə bir fikir bildirib ki, Aİ ölkələri 13-cü anti-Rusiya sanksiyalar paketini qəbul etməklə ABŞ-ı, liberal medianı və qeyri-hökumət təşkilatlarını razı salmağa çalışır.

“Təəssüf ki, bu gün gündəmdə (Ukraynada) sülhün bərqərar olması ilə bağlı heç bir təklif yoxdur.Üstəlik, bir daha təsdiqlənir ki, müharibə psixozundan əziyyət çəkən Avropa İttifaqı (Rusiyaya qarşı) sanksiyaların tətbiqi ilə bağlı başqa bir paket qəbul etməklə yenidən Vaşinqtonu, liberal medianı və QHT-ləri razı salmaq istəyir”, – Xarici İşlər Nazirliyinin rəhbəri Facebook səhifəsində yazıb.

Daha əvvəl Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, əvvəlki 12 qadağa paketi Avropa iqtisadiyyatına daha çox təsir edib və “Ukraynada sülhün əldə olunmasını heç də yaxınlaşdırmayıb”.

​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!