6 Fevral 2026 / 11:49

Aİ Rusiyanın enerji təchizatından imtina etməklə özünü tələyə salıb – Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, Avropa ABŞ-dan kritik dərəcədə asılı vəziyyətə düşüb

Avropa Rusiyanın enerji resurslarından imtina etməklə özünü tələyə salıb və ABŞ-dan kritik dərəcədə asılı vəziyyətdə tapıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Rusiya əleyhinə ruhi xəstəlik tutması ilə Avropa İttifaqı özünü hansı dəhşətli tələyə saldığının fərqində belə deyil. Axı, hazırda xor gördükləri Vaşinqton, şübhəsiz ki, enerji resursları ilə təmin edən xilaskar rolunu möhkəmləndirəcək. Lakin onun yardımının genişləndirilməsi üçün risklər sadəcə puldan daha yüksək olacaq”, – deyə o, “Max”da yazıb.

Medvedev əmindir ki, “Amerika qazından kritik dərəcədə asılı” olan Avropa Vaşinqtonun ona nə desə, onu edəcək.

26 yanvar tarixində Aİ Şurası, nəhayət ki, Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) 1 yanvar 2027-ci il tarixindən etibarən Aİ-yə, boru kəməri qazının isə 30 sentyabr 2027-ci il tarixindən etibarən tədarükünə tam qadağa qoyub. Qaydalar 2 fevral 2026-cı il tarixində dərc edildikdən sonra qüvvəyə minəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!