Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aİ səfirləri oktyabrın 15-də Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.
Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” diplomatlara istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bu məsələ oktyabrın 17-də yenidən müzakirə olunacaq. Bir gün əvvəl Slovakiyanın baş naziri Robert Fitso Aİ-nin Ukraynadakı vəziyyəti müzakirə etməklə, öz problemlərini həll edə bilmədiyini ört-basdır etdiyi qənaətində olduğunu bildirib. Baş nazir əlavə edib ki, o, “müzakirələrin nəticələri arasında avtomobil sənayesindəki böhran və yüksək enerji qiymətləri probleminin həlli ilə bağlı Avropa Komissiyası üçün siyasi təlimat görməyincə, Rusiyaya qarşı yeni sanksiyalar paketlərinin müzakirəsində maraqlı olmayacaq”.
Oktyabrın 9-da mənbə Avstriya, Macarıstan və Slovakiyanın etirazına görə 19-cu paketin təsdiqinin 23-24 oktyabrda keçiriləcək Aİ sammitinə qədər təxirə salınacağını bildirib.
E.ŞİRİNOV