29 Yanvar 2024 / 12:07

Aİ YEKATERİNA MİZULİNAYA VƏ TƏHLÜKƏSİZ İNTERNET LİQASINA QARŞI SANKSİYALAR TƏTBİQ EDİB

Avropa İttifaqı Şurası Rusiyadan olan dörd fiziki və bir hüquqi şəxsə, o cümlədən Təhlükəsiz İnternet Liqasına və təşkilatın rəhbəri Yekaterina Mizulinaya qarşı sanksiyalar tətbiq edib.

Tezadlar.az xəbər verir ki, bu barədə şuranın bəyanatında deyilir.

“Bu gün Şura Aİ-nin insan hüquqlarının sanksiya rejimi çərçivəsində dörd fiziki və bir hüquqi şəxsə qarşı əlavə məhdudlaşdırıcı tədbirləri təsdiqləyib”, – deyə məlumatda bildirilir. Sanksiyalara “Rusiya məhkəmə sisteminin üç əməkdaşı”, Təhlükəsiz İnternet Liqası və təşkilatın rəhbəri Yekaterina Mizulina daxildir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!