Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın Federal Məhkəmə İcraçıları Xidməti borclarına görə xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiyanı tərk edən aktyor Artur Smolyaninovun (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınan, terrorçu və ekstremistlər siyahısına daxil edilib) əmlakına həbs qoyub.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd olunur ki, sənətçinin maddi vəziyyətinin müəyyən edilməsi üçün qeydiyyat orqanlarına və kredit təşkilatlarına sorğular göndərilib. “Nəticədə, borclunun əmlakı müəyyən edilib və məhkəmə icraçısı ona həbs qoyub”, – deyə idarənin mətbuat xidmətindən bildirilib.
Bundan əvvəl məhkəmə icraçılarının Smolyaninovun avtomobilini müsadirə etdiyi bildirilirdi. Aktyorun “Mazda CX-5” avtomobili cəmi 190 min rubl məbləğində cərimələrə, habelə ipoteka ödənişinin təxminən 100 min rubl gecikməsinə görə müsadirə edilib.
E.ŞİRİNOV