Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aktyor Pavel Priluçnının qayınatası qumar oyunlarının qanunsuz təşkili maddəsi ilə qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.
Tezadlar.az xəbər verir ki, bu barədə informasiya Daxili İşlər Nazirliyinin məlumat bazasından gəlib.
“Arşak Brutyan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 171.2-ci maddəsinin 3-cü hissəsi (qanunsuz qumar oyunlarının təşkili və keçirilməsi) ilə axtarışdadır”, – idarənin məlumat bazasında qeyd olunub.
Məhkəmənin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarından belə çıxır ki, təqsirləndirilən şəxs Moskvanın Basmannı məhkəməsi tərəfindən qiyabi həbs edilib.
Zepyur Priluçnaya-Brutyanın atası Arşak Brutyanı 6 ilə qədər həbs gözləyir.
E.ŞİRİNOV