Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Cənubi Osetiya prezidenti Alan Qaqloyev 2008-ci ildə Mixail Saakaşvili hakimiyyətinin respublikaya qarşı təcavüzünü pislədikdən sonra Gürcüstanı ölkəsinin müstəqilliyini tanımağa çağırıb.
Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, Qaqloyev bu çağırışla “Cənubi Osetiya: İnvestisiya Üfüqləri” iqtisadi forumunun plenar iclasında çıxış edib.
“Biz Gürcüstanda özündə güc və cəsarət tapanlara açıq şəkildə deyirik ki, Saakaşvilinin Cənubi Osetiyaya qarşı təcavüzə görə məsuliyyətini etiraf etsinlər. Artıq növbəti addımı atmağın vaxtı çatıb. Cənubi Osetiya Respublikasını tanıyın”, – o deyib.
Qaqloyevin sözlərinə görə, bu addım “gələcək üçün” lazımdır.
Sentyabrın 20-də Rusiya prezidenti Vladimir Putin Cənubi Osetiya prezidentini Respublika Günü münasibətilə təbrik edib. Dövlət başçısı söz verib ki, Rusiya Cənubi Osetiyaya milli təhlükəsizliyin təmin olunmasında köməklik göstərəcək.
2008-ci il avqustun 8-də Gürcüstan Cənubi Osetiyanı atəşə tutub, sonra isə respublikaya qoşun yeridib, nəticədə, Sxinvali dağıdılıb. Bundan dərhal sonra Rusiya Cənubi Osetiyaya qoşun yeridib və beş gün ərzində gürcü qüvvələrini ölkədən çıxarıb. 26 avqust 2008-ci ildə Rusiya Cənubi Osetiya və Abxaziyanın suverenliyini tanıyıb.
2025-ci il avqustun 8-də baş nazir İrakli Kobaxidze bəyan edib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin administrasiyası 2008-ci ilin avqustunda hərbi əməliyyatlara başlamaqla respublikanın milli maraqlarına böyük ziyan vurub.
E.ŞİRİNOV