1 Avqust 2025 / 13:21

“Ali məktəbi bitirən məzunun və ya tələbəsinin qardaşı, bacısı həmin ali məktəbi seçirsə…”

Hər bir ali məktəb haqqında ən real və səmimi fikiri onun tələbəsi deyir. Əgər ali məktəbi bitirən məzunun və ya tələbəsinin qardaşı, bacısı, hansısa yaxını həmin ali məktəbi seçirsə bu ən böyük uğurdur.
TEZADLAR.AZ  xəbər verir ki,  bu sözləri Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov  bildirib.
“Bu günlərdə I ixtisas qrupu üzrə 697 bal toplayan Əbülhəsən Məmmədovla görüşdüm. Qeyd edim ki, Əbülhəsənin qardaşı Qasım Məmmədov da 2023-cü ildə 642 bal toplayaraq Ali məktəbimizdə təhsil alır.  Əbülhəsən BANM-ın İnformasiya təhlükəsizliyi ixtisasında təhsilini davam etdirmək istəyir. Paytaxtın Xətai rayonu, 64 nömrəli tam orta məktəbin məzunudur.
8 ildir ki, peşəkar futbolla məşğuldur. “Zirə”nin U-17 komandasının üzvüdür”, – deyə rektor qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!