Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Uzun illərdir sirr kimi müzakirə edilən Bermud üçbucağında baş verənlərə, nəhayət, həm də belə bir izahla aydınlıq gətirilib: Avstraliyalı tədqiqatçı Karl Kruşelnitski Bermud üçbucağı fenomeninin izahını tapdığını bildirib. Tezadlar.az CNN-Türk- ə istinadla xəbər verir ki, bu barədə “Popular Mechanics” jurnalı məlumat yayıb. Kruşelnitskinin sözlərinə görə, bu regionda gəmi və təyyarələrin yoxa çıxmasında müəmmalı heç nə yoxdur. Onun hesablamalarına görə, Bermud üçbucağında itmiş gəmi və təyyarələrin payı dünya okeanının digər əraziləri üzrə orta göstəricidən fərqlənmir. Alim Bermud üçbucağında mütəmadi olaraq təyyarə qəzaları və gəmi qəzalarının baş verdiyini inkar etmir. Lakin onun fikrincə, insidentlərin çoxluğu gəmiçilik və aviasiya üçün də çətin hesab edilən bu ərazidə nəqliyyatın intensivliyinin yüksək olması ilə bağlıdır.
Lakin hələ də Bermud üçbucağı sirr olaraq müzakirə mövzusudur, daha inandırıcı sübutlar ortaya qoyulmur.