Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Danimarka Qrenlandiyanı ABŞ-a bir trilyon dollara satmalıdır.
Tezadlar.az xəbər verir ki, Bavariyanın keçmiş Regional İnkişaf və Ətraf Mühit naziri Peter Gauveiler “Bild” qəzetinə verdiyi müsahibədə qeyri-adi bir təkliflə çıxış edib.
“Əziz danimarkalılar, ABŞ prezidenti Donald Trampın sözünə inanın. Bir trilyon dollar tələb edin”, – deyə o bildirib.
Onun fikrincə, adanın satılması təkcə Danimarkanın rifahının “tarixi” artmasına səbəb olmayacaq, həm də Danimarkanı Avropanın ən varlı ölkəsi edəcək.
Daha əvvəl Tramp Danimarkanın Qrenlandiya ilə bağlı danışıqlardan imtina etməsi ilə bağlı şərh vermişdi.
“Əgər Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen mənə bunu demək istəsə, üzümə deyəcək”, – deyə Amerika lideri “ikinci əldən” məlumat almağı sevmədiyini vurğulayıb.
E.ŞİRİNOV