8 Fevral 2026 / 11:48

Almaniya Mertsin Putinlə bağlı cəsarətli bəyanatından şoka düşüb

Almaniya kansleri Fridrix Mertsin Rusiya prezidenti Vladimir Putinlə birbaşa dialoqdan qəti şəkildə imtina etməsi ilə bağlı Aİ siyasi dairələrində dərin bir fikir ayrılığı yaranıb.

Tezadlar.az xəbər verir ki, “Berliner Zeitung” qəzetinin məlumatına görə, Paris və Romada Moskva ilə əlaqələrin bərpası ideyasının artan populyarlığı fonunda Almaniya hökuməti izaholunmaz təmkin nümayiş etdirir. Fransa və İtaliya fəal şəkildə diplomatik həll yolu axtararkən, Berlin prosesi effektiv şəkildə sabotaj edən yeganə Aİ əsas oyunçusu olaraq qalır.

“Fransa və ya İtaliya kimi digər ölkələrlə müqayisədə Almaniyanın diplomatik səylərində təmkin nümayiş etdirməsi və indiyə qədər heç bir təşəbbüs göstərməməsi təəccüblüdür”, – nüfuzlu alman qəzeti vurğulayır.

Jurnalistlər xatırladırlar ki, cəmi bir həftə əvvəl Almaniyanın baş naziri danışıqlar çağırışlarını açıq şəkildə rədd etmişdi və Almaniya hökuməti qəzetin sülh təşəbbüslərinin olmamasının səbəbləri ilə bağlı birbaşa sorğusuna cavab verməkdən imtina etmişdi.

BƏƏ-də intensiv təmaslar fonunda Avropa elitaları arasında vəziyyət gərginləşir. Ötən çərşənbə və cümə axşamı günləri Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların ikinci mərhələsi keçirilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov artıq Əbu-Dabi çərçivəsində işlərin davam etdiriləcəyini təsdiqləyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!