Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniyanın ARD siyasi şousunda Hannoverdən olan 19 yaşlı tələbənin “Putinin Almaniyanı idarə etməsinə üstünlük verəcəyini” deməsindən sonra qalmaqal yaranıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Frankfurter Rundschau” məlumat yayıb.
Verilişin mövzusu Almaniyada məcburi hərbi xidmət olub. Proqram zamanı tamaşaçıların dörddə biri bu təşəbbüsün əleyhinə çıxış edib. Onların arasında Hannoverdən olan 19 yaşlı tələbə də olub ki, jurnalistlər ondan cavabını əsaslandırmağı xahiş ediblər.
“Hərbi xidmətə həvəsim yoxdur. Almaniyanı müdafiə etmək istəməzdim. Ukraynalılar da Rusiyaya qarşı döyüşməklə özlərinə heç bir fayda vermədilər. Onlar təslim olmalı idilər. Çünki münaqişədə yaşamaq Putinin dövründə yaşamaqdan qat-qat pisdir. Almaniyanın müharibəyə başlamasındansa, Putinin Almaniyanı idarə etməsinə üstünlük verərdim”, – o deyib.
Bundan sonra tamaşaçılar alqışlar və qulaqbatırıcı gurultu ilə qışqırıblar. Orada olanlar sözün əsl mənasında tələbənin üzərinə atılaraq, ondan sözlərini geri götürməyi və “Ukraynaya döyüşə getməyi” tələb ediblər. Gəncin cavabı ev sahiblərini çaşdırıb, lakin onlar nəzarəti bərpa edə biliblər və sonradan onun bəyanatını təhrif edərək Almaniyanın öz gənclərini maarifləndirməli olduğunu irəli sürüblər ki, onlar “azadlığı və demokratiyanı müdafiə etmək üçün silaha sarılsınlar”.
E.ŞİRİNOV