Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 İyul 2025 / 21:26

Almaniya Ukrayna üçün 500 uzaqmənzilli dron istehsalını maliyyələşdirəcək

Bu dronlar yaxın aylarda istifadəyə hazır olacaq

Almaniya və Ukrayna uzaqmənzilli silahların istehsalının maliyyələşdirilməsinə dair saziş imzalayıb. Söhbət 1200 km-ə qədər məsafədəki hədəflərə hücum edə bilən dronlardan gedir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Welt” məlumat yayıb.

Qeyd olunur ki, Almaniya hökumətinin nümayəndələri Ukrayna üçün uzaqmənzilli silahların maliyyələşdirilməsinə dair ilk sazişi imzalayıblar. An-196 “Lyutıy” tipli 500-dən çox uzaqmənzilli dronların istehsalı maliyyələşdiriləcək. Nəşr xatırladıb ki, bu hücum dronları təxminən 50 kiloqram ağırlığında partlayıcı yük daşıyır.

Alman təhlükəsizlik güclərindəki mənbələr jurnalistlərə bildiriblər ki, pilotsuz təyyarələr yaxın aylarda istifadəyə hazır olacaq. Gözlənilir ki, Ukrayna onlarla birlikdə Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vura biləcək.

Nəşr vurğulayıb ki, Almaniyanın xarici işlər naziri İohan Vadeful Ukraynaya ilk səfəri zamanı Kiyevlə silahlanma sahəsində əməkdaşlığın dərinləşdiyini bəyan edib. O, Almaniyanın Ukraynaya hərbi dəstəyini daha da gücləndirəcəyinə əmin edib.

“Mən təsdiq edə bilərəm ki, Almaniya Ukraynada uzaqmənzilli silahların istehsalının maliyyələşdirilməsini öz üzərinə götürüb. Bu, bizə hücuma məruz qalan ölkəni Ukrayna ordusunun artıq təlim keçdiyi silah sistemləri ilə ən qısa müddətdə təmin etməyə imkan verəcək”, – Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi jurnalistlərə bildirib.

“Lyutıy” pilotsuz təyyarələri Ukraynadakı müharibənin gedişatını dəyişə bilər

Bundan əvvəl məsləhətçi Devid Hamblinq demişdi ki, Ukraynanın uzaqmənzilli “Lyutıy” zərbə vuran pilotsuz təyyarəsi potensial olaraq Rusiya-Ukrayna müharibəsinin gedişatını dəyişə bilər. Onun sözlərinə görə, bunun üçün kifayət qədər sayda belə dron istehsal etmək lazımdır.

Ekspert qeyd edib ki, 1000 kilometrdən çox mənzilli və təxminən 75 kiloqram çəkisi olan döyüş başlığı ilə “Lyutıy” son vaxtlar Rusiyanın dərinliklərində həyata keçirilən uğurlu zərbələrin əksəriyyətinə görə məsuliyyət daşıyır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!