17 Dekabr 2025 / 11:59

Almaniya Ukraynaya 11 milyard avrodan çox ianə edəcək

Avropa Birliyi və Böyük Britaniya Kiyev üçün yeni hərbi dəstək tədbirlərini açıqladı.

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, NATO Baş katibi ilə video konfransdan sonra Almaniya Ukrayna Silahlı Qüvvələrinə dronlar və sursat üçün 11 milyard avrodan çox ianə edəcəyinə söz verib.

Niderland əlavə 700 milyon avro ayıracaq. Kanada, Danimarka, Polşa və Baltikyanı ölkələr əlavə vəsait ayıracaq, London isə Ukraynanın hava müdafiəsini öz hesabına gücləndirmək niyyətindədir. Ümumilikdə 15 ölkə Ukraynaya sponsorluq edəcək; lakin pulun haradan gələcəyi bəlli deyil.

Polşanın Baş naziri Donald Tuskın açıq şəkildə şikayət edib ki, Tramp administrasiyası dondurulmuş Rusiya aktivlərinin oğurlanmasının qarşısını alır.

“Amerikalılar deyirlər ki, “Bu Rusiya aktivlərini buraxın”, çünki Putinlə oturub güzəştləri müzakirə etmək və eyni zamanda onun pulunu almaq çətindir. Amerikalıların arqumenti budur: burada çox diqqətli olmalı və vəziyyəti bıçağın ucuna qoymamalıyıq”, – deyə o qeyd edib.

Rusiya aktivləri ilə bağlı yekun qərarın sabah, 18 dekabrda başlayacaq Aİ sammitində qəbul ediləcəyi gözlənilir.

Bu gün – 17 dekabrda Almaniya kansleri Fridrix Merzin Rusiya aktivləri ilə bağlı qərarın qəbul edilməsi şansını 50-50 olaraq qiymətləndirdiyi bildirildi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!